Haqqımızda

Qutu.al ILAB MMC-nin online satış platformasıdır. Bu online satış platformasından İlab MMC-nin istehsal etdiyi məhsulları online olaraq sifariş edə bilərsiniz.

ILAB MMC yeni texnologiyalar ilə xarici təcrübələrə əsaslanaraq innovativ məhsullar istehsal edən, müştərinin istəyinə uyğun istənilən məhsul və prototipi hazırlaya bilən, 3D, CNC və lazer istehsalı üzrə professional komandaya malik yerli istehsal şirkətidir.

İlab MMC-nin fəaliyyət sahələri:

  • Adına uyğun olaraq ( İnnovation Lab ) innovasiya sahəsində yerli məhsulların istehsal olunması;
  • Materialı preslənmiş taxtadan olan, ekoloji təmiz, maarifləndirici, öyrədən, əyləndirən DÜZQOŞ puzzle və məhsullarının istehsalı;
  • İstəyə uyğun istənilən növ taxta məhsullarının istehsalı;
  • Maket, zərgərlik və istənilən növ prototiplərin mumdan və plastikdən 3D istehsalı;

Şirkətin əsas məqsədi öz potensialımız hesabına müştəri məmnuniyyətini əsas tutaraq yerli bazarla yanaşı, xarici bazarın da alıcılıq qabiliyyətinə uyğun fəaliyyət göstərməkdir. Buna görə də, daim yenilik axtarışında olmaqla, istənilən sifarişə, məhsula və müştəriyə fərdi olaraq yanaşır.

Bundan başqa İlab MMC korporativ sifarişlər də qəbul edir. Korporativ stilə uyğun unikal taxta məhsulları sifariş etmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz. Bunun üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:

Tel: (+994 12) 409 39 11

Mob: (+994 50) 272 20 17