Əylənərək öyrənmək? Azərbaycanda ilk dəfə!

Əylənərək öyrənmək? Azərbaycanda ilk dəfə!

Oyunlar kimi oyuncaqlar da uşaq və yaşlı nəsil üçün bir çox məqsədlərə xidmət edir. Yaşlı nəsil üçün oyuncaqlar nəinki əyləncə, həmçinin zehni təlim rolunu oynayır. Məktəbyaşlı uşaqlar üçün təlim oyuncaqları adətən puzzle, başsındıran məsələlərdən ibarət olur. Qeyd edək ki, uşaqların böyümə prosesində ətraf mühitin dərk olunmasında oyuncaqların, ümumiyyətlə oyunun vacib rolu var. Oyuncaqlar uşaqların həyatdakı oxşarlıqları aşkarlamasına, daha sağlam böyüməsinə, səbəb nəticə əlaqəsinin, münasibətlərin dərk olunmasına və gələcəkdə onlara lazım olacaq bacarıqlara yiyələnməsinə kömək edir.

Azərbaycanda oyuncaq istehsalı demək olar ki, olmadığına görə valideynlər uşaqları üçün xarici istehsal oyuncaqlarını almaq məcburiyyətində qalırlar. Bunun ən böyük mənfi tərəfi Azərbaycan dilində oyuncaqların demək olar ki, yox səviyyəsində olmasıdır. Məhz bu səbəbdən İlab MMC iyun ayından etibarən bazara yeni DÜZQOŞ brendi ilə daxil olub.

Ekoloji təmiz taxtadan istehsal olunan, Coğrafiya, Zoologiya , Materiklər seriyası olan əyləncəli, maarifləndirici, öyrədən puzzle-larına qutu.al saytından əldə etmək olar.

Düzqoş brendi ilkin etapda 3 yaşından yuxarı uşaqlar üçün heyvanlar aləmi puzzle-ları ilə, 5 yaşından yuxarı nəsil üçün Azərbaycan və dünya xəritəsi puzzle-larını təklif edir. Xəritə puzzle-ları nəinki yeniyetmələr üçün, həmçinin yaşlı nəsil üçün çox maraqlı və əyləncəli olacaq.

Uşaqlar DÜZQOŞ puzzle-ların sayəsində həm Azərbaycan dilində heyvanlar aləmini öyrənəcək, həm də materiklərin zoologiya aləmi ilə yaxından tanış olacaqlar. Böyüklər üçün nəzərdə tutulmuş Xəritə puzzle-lar isə Azərbaycan rayonlarını və dünya ölkələrini kəşf etməkdə yardımçı olacaqlar.

İLAB MMC-nin istehsalı olan materiklər və heyvanlar aləmi seriyalı DÜZQOŞ puzzle-ları 2+ yaşlar üçün nəzərdə tutulduğundan və istifadə yaş aralığında uşaqların çoxluğunu əsas tutaraq, həmin məhsullarda heç bir kimyəvi maddələrdən istifadə olunmamışdır. Oyuncaqların materialı taxtadandır və təhlükəsizdir.

Övladlarınızın əylənərək öyrənməsini istəyirsinizsə, özünüz və övladınız üçün bir DÜZQOŞ məhsulu alın, həm siz əylənin, həm də övladlarınız öyrənsin.

Sifariş üçün bura keçid alın => https://www.qutu.al/shop/

Siz sifariş edin biz DÜZQOŞ edərik 🙂